Xəzər Xəbər

Rusiyada yaşayanlara pis xəbər - “Microsoft” qadağan etdi

“Microsoft” Rusiya ərazisindən “Windows”u yükləməyi qadağan etdi
Texnologiya | 17:20 • 19 İyun 2022
Rusiyada yaşayanlara pis xəbər - “Microsoft” qadağan etdi

ABŞ-ın “Microsoft” korporasiyası Rusiya Federasiyasından olan istifadəçilərə öz rəsmi saytından “Windows” 10 və 11 əməliyyat sistemlərini yükləməyi qadağan edib.

XəzərXəbər "Oxu.az"a istinadən xəbər verir ki, Rusiya ərazisindən adıçəkilən əməliyyat sistemlərini yükləməyə cəhd etdikdə Amerika şirkətinin saytında “Sorğunuzla bağlı problem yarandı” mesajı ekrana çıxır.

Həmçinin, Rusiyadan olan istifadəçilər əməliyyat sisteminin quraşdırılma köməkçisi olan “Media Creation Tool” yardım proqramını da yükləyə bilmirlər.

Xəbər lenti