Xəzər Xəbər

"Google" bəzi ölkələrdə çökdü

Texnologiya | 09:29 • 23 Mart 2021
"Google" bəzi ölkələrdə çökdü

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

TASS xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Problemlərlə bağlı şikayətlərin əksəriyyəti ABŞ, İngiltərə və Fransadakı istifadəçilərdən daxil olub.

Xidmətə görə ən çox şikayət (800-dən çox) ABŞ-da qeydə alınıb. İstifadəçilərin 52% -i hesablarına daxil olmağa çalışarkən çətinliklərin olduğunu, 47% -i axtarışda problemin olduğunu bildirib./Publika.az 

Xəbər lenti