Xəzər Xəbər

Toyota 186 mindən çox avtomobili geri çağırdı

Texnologiya | 10:22 • 28 Fevral 2019
Toyota 186 mindən çox avtomobili geri çağırdı

"Toyota" şirkəti Çində 186 mindən çox avtomobili geri çağırıb.

Qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Geri çağırılma 2014-cü ildən 2017-ci ilədək istehsal olunmuş "Corolla" və "Corolla EX" modellərinə şamil olunmur.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-da eyni səbəblə əlaqədar 1 milyondan çox "Toyota" geri çağırılmışdı. (Trend)

Xəbər lenti