Xəzər Xəbər

Çində elektron ticarət platformasında ilk dəfə “Boeing 747” təyyarələri satılıb

Texnologiya | 09:45 • 22 Noyabr 2017
Çində elektron ticarət platformasında ilk dəfə “Boeing 747” təyyarələri satılıb

Çinin "Alibaba” şirkətinin ölkə daxilində elektron ticarət platforması olan "www.taobao.com”da iki ədəd "Boeing 747” yük təyyarəsi satılıb. Bu, Çində elektron ticarət platformasından ilk təyyarə satışıdır.


AZƏRTAC xəbər verir ki, təyyarələri Çinin ikinci ən böyük kuryer şirkəti olan "SF Express”in törəməsi "SF Airlines” kampaniyası 320 milyon yuana (təxminən 48 milyon ABŞ dolları) alıb. Təyyarələr "www.taobao.com”da hərrac yolu ilə satılıb. Hərracın gedişini 800 min nəfər izləyib.


İndiyədək "Alibaba”nın elektron ticarət portalında hərrac yolu ilə ümumi dəyəri 70 milyarda yaxın 330 min məhsul satılıb.


Şirkətin hərrac biznesi üzrə baş meneceri Lu Veysin deyib ki, "online” hərraclar hüquqi baxımdan daha şəffaf, vaxt baxımından isə xeyli sərfəlidir.

Xəbər lenti