Xəzər Xəbər

“Facebook Messenger”in aylıq auditoriyası 1,3 milyardı ötdü

Texnologiya | 16:59 • 18 Sentyabr 2017
“Facebook Messenger”in aylıq auditoriyası 1,3 milyardı ötdü

"Facebook Messenger” mesajlarla mübadilə xidmətinin aylıq auditoriyası 1,3 milyardı ötüb.

XəzərXəbər ICTnews-a istinadən xəbər verir ki,hazırda şirkət "Messenger” servisində funksiyaların artırılması üzərində aktiv işləməyə davam edir. Son yeniliklər arasında videoçatlar üçün yeni filtr və reaksiyalar, "M” virtual köməkçisində daha çox xatırlatmalar, servisin digər ölkələrdə geniş yayılması, yeni oyunlar və "Messenger Lite” versiyasının bütün dünyada yayılmasını qeyd etmək olar.

Proqramçılarmühüm funksiyalara girişi daha sadələşdirmək üçün "gələnlər” qovluğunun formatını dəyişdiriblər.

Qeyd edək ki, "Facebook Messenger” istifadəçilərinin sayı 2016-cı ilin iyulunda 1 milyardı ötmüşdü.

Xəbər lenti