Xəzər Xəbər

Coli ilə Pittin uğrunda mübarizə apardığı QƏSR: "Bir il xəzinə axtarmışam" FOTOLAR

Şou Biznes | 21:10 • 23 İyun 2022
Coli ilə Pittin uğrunda mübarizə apardığı QƏSR: "Bir il xəzinə axtarmışam"

"Həyatımın bir ilini xəzinə tapmağa həsr etmişəm".

Bunu Hollivud ulduzu, məşhur aktyor Bred Pitt deyib.

O bildirib ki, Ancelina Coli ilə boşanmaq ərəfəsində özündə saxlamaq üçün hüquq mübarizəsi apardığı Eks-an-Provans şəhərindəki Miraval qəsrinin bağçasını qazıb.

Pitti qəsrin bağçasında xəzinə ola biləcəyi fikrinə bölgənin yaxınlığında gördüyü bir şəxs inandırıb.

Hollivud ulduzu xəzinəni tapmaq üçün lazımı avadanlıqlar və radar alıb. Bir il boyunca qazıntı işləri aparsa da istədiyinə çata bilməyib. Pitt sonradan onu olmayan xəzinə barədə məlumatlandıran şəxsin radar şirkəti sahibi olduğunu öyrənib. Aktyor həmin vaxtlar xəzinə tapmağın onun həyatının yeganə mənası olduğunu qeyd edib və o hallarını xəstəliyə bənzədib.

 

 

Qeyd edək ki, Miraval qəsrini Pittlə Coli 2008-ci ildə kirayə edib, 2012-ci ildə isə satın alıblar. 2014-cü ildə isə qəsrdə cütlüyün toy mərasimi baş tutub. Qəsrə sahib olmaq uğrunda Coli ilə Pittin məhkəmə prosesi hələ də davam edir./sfera.az

Xəbər lenti