Xəzər Xəbər

Kurt Cobainin gitarası hərraca çıxarılır - Bu qiymətə

Şou Biznes | 16:54 • 15 Aprel 2022
Kurt Cobainin gitarası hərraca çıxarılır - Bu qiymətə
Amerikanın rok qrupu "Nirvana”nın vokalisti və gitaristi Kurt Cobainin geyimindən saçına qədər bir çox əşyası satılıb.
 
Bu dəfə qrupun əfsanəvi solistinin 1991-ci ildə "Smells Like Teen Spirit" klipində istifadə etdiyi gitara gələn ay ABŞ-ın Nyu-York şəhərində hərraca çıxarılacaq. 1969-cu il istehsalı olan "Fender Mustang” markalı  mavi gitara 600 000 dollara satışa təqdim edilir. Eyni zamanda məlumata görə, Cobainin 1965-ci il model, mavi rəngli "Dodge Dart” markalı avtomobili də hərraca çıxarılacaq.
 
Kobainin əvvəllər 4,5 milyon funta satılan akustik gitarası musiqi tarixinin ən bahalı əşyası olmuşdu.
 
Xatırladaq ki, musiqiçi 1994-cü ildə 27 yaşında evində ölü tapılıb./Sfera.az 

Xəbər lenti