Xəzər Xəbər

Nusreti məhkəməyə verdilər - 5 milyon dollar təzminat tələb edilir

Şou Biznes | 17:44 • 14 Aprel 2021
Nusreti məhkəməyə verdilər - 5 milyon dollar təzminat tələb edilir
Türkiyəli məşhur restoranların sahibi Nusret Gökçeyə 5 milyon dollarlıq dava açılıb.
 
İki sənət adamı aşpazı məhkəməyə verib. Belə ki, Nusret Gökçe Miamidəki restoranının divarına özünün məşhur "duz hərəkəti” ilə olan rəsminin çəkilməsini istəyib. O, buna görə Viliam Hik və Cozef Lurato adlı iki sənətçi ilə anlaşıb. 
 
Lakin həmin rəsim daha sonra Nusretin Doha, Dubay və Nyu Yorkdakı filiallarında da istifadə edilib. Hətta sözügedən rəsmdən restoranların pəncərələrində, menyularda, xidmət qutularında və başqa yerlərdə də istifadə edildiyi müəyyən olunub. Bu addım isə, sənətçilərdən xəbərsiz atılıb. Məhz buna görə də müəllif hüquqları ilə bağlı sənətçilər Nusreti məhkəməyə verib, 5 milyon dollar təzminat tələb ediblər.
 
Qeyd edək ki, bundan öncə sənətçilər Nusretdən rəsimdən istifadənin dayandırılmasını tələb etsələr də, müsbət cavab ala bilməyiblər./Sfera.az 

Xəbər lenti