Xəzər Xəbər

Teleulduz bir günə milyondan çox izləyici topladı

Şou Biznes | 14:53 • 15 Aprel 2021
Teleulduz bir günə milyondan çox izləyici topladı

Türkiyənin TV ulduzu Müge Anlı instaqram paylaşım platformasına qatılıb.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Tatlı sert" sosial proqramında məlumat verib.

M.Anlı hələ sosial şəbəkəyə bələd olmadığını, qızının köməyilə idarə etdiyini bildirib.

"Bu fotonu sizin üçün canlı yayım zamanı çəkdirdim. Əminəm ki, o dəqiqə bir çoxlarınız ekranda idiniz. Yeni olduğum bu mühitdə alışdığınız Müge Anlı sürprizlərinə hazır olun. Bundan sonra yalnız saat 10:00-13:00 arasındakı yayım zamanı deyil, daim ünsiyyətdə olacağıq. Mesajlarınızı oxuyacağam, foto və videolarınıza baxacağam. İstənilən mövzuda yaza bilərsiniz",- deyə M. Anlı paylaşdığı fotoya şərh yazıb.

Qeyd edək ki, o, ötən gün açılan hesabda üç post paylaşıb və bir milyondan çox izləyici toplayıb. Aparıcının postlarında rəy bölməsini bağlaması da diqqətdən yayınmayıb.

Xəbər lenti