Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

Şou Biznes | 192 | 16:36 • 13 Aprel 2021
Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

Türkiyənin Kanal D telekanalında yayımlanan "Sadakatsız" serialının sevilən aktyoru Burak Sergenin dünən axşam saatlarında səhhətində problem yaranıb.

XəzərXəbər oxu.az-a istinadən bildirir ki, aktyor reanimasiyaya yerləşdirilib.

Nəfəs almaqda çətinlik çəkən 60 yaşlı aktyorun koronavirus testi neqativ çıxıb.

Burak Sergenin sosial media hesabında məşhur aktyorun səhhəti ilə bağlı açıqlama verilib:

"Burak bəyin hər iki koronavirus testi mənfi çıxdı. Ağciyərlərində infeksiya və tənəffüs çətinliyi səbəbiylə reanimasiya şöbəsində nəzarət altındadır. Xahiş edirik, həssaslıq göstərin və yalan xəbərlər paylaşmayın. Dualarını əsirgəməyin. Sevgilərlə".

Xəbər lenti

Kür çayında iki nəfər batıb
27 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar