Xəzər Xəbər

İnfarkt keçirən Xalq artisti xəstəxanadan evə buraxıldı

Şou Biznes | 16:42 • 13 Aprel 2021
İnfarkt keçirən Xalq artisti xəstəxanadan evə buraxıldı

Aprelin 2-də açıq ürək əməliyyatı keçirən Xalq artisti Azər Zeynalovun səhhətindən xəbər var.

XəzərXəbər xəbər verir ki, Respublika Diaqnostik Mərkəzindən lent.az-a verilən məlumata görə, 56 yaşlı müğənni evə buraxılıb:

"Hazırda Azər bəyin vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir. Artıq xəstəxanadan evə buraxıldı. İndi müalicəsi ev şəraitində davam etdiriləcək".

Xəbər lenti