Xəzər Xəbər

Məşhur aparıcının burnu çürüyür

Şou Biznes | 15:55 • 22 Mart 2021
Məşhur aparıcının burnu çürüyür

Belarusda yaşayan 29 yaşlı məşhur televiziya aparıcısı Anastasiya Balinskaya estetik əməliyyatın qurbanı olub.

XəzərXəbər Musavat.com-a istinadən xəbər verir ki, illər əvvəl burun əməliyyatı keçirən aparıcının burnu hər keçən gün çürüməyə başlayıb.

Məlum olub ki, keçirdiyi əməliyyat gigiyenik şəraitdə aparılmadığı üçün bir müddət sonra onun burnunda iltihab yaranıb və nəticədə içəridən çürümə başlayıb. Dərman preparatları ilə apardığı müalicələrə baxmayaraq, çürümənin qarşısını ala bilməyib.

Həkimlər bildirib ki, iki ay ərzində əməliyyat olunmazsa, Anastasiyanın burnu tamamilə çürüyəcək.

Gənc aparıcı yeni əməliyyat üçün sosial şəbəkə vasitəsilə pərəstişkarlarından maddi yardım istəyib.

Xəbər lenti