Xəzər Xəbər

Koronavirus "Qaya"nı da haqladı: Hollivud ulduzu ailəlikcə yoluxdu

Şou Biznes | 17:42 • 3 Sentyabr 2020
Koronavirus "Qaya"nı da haqladı:

Aktyor qeyd edib ki, özü ilə yanaşı, həyat yoldaşı və iki qızı da virusa yoluxub. Onların koronavirus testi müsbət nəticə verib




Məşhur amerikalı aktyor və idmançı Dueyn Conson koronavirusa yoluxub. Bu barədə aktyor öz "Instagram" səhifəsindən bildirib. "Qaya" ləqəbli aktyor öz izləyicilərinə diqqətli olmağı və qoyulan qadağalara əməl etməyi tövsiyə edib: "İntizamlı olun, immunitet sisteminizi gücləndirin, maskanızı taxın və ailənizi qoruyun".



Aktyor qeyd edib ki, özü ilə yanaşı, həyat yoldaşı və iki qızı da virusa yoluxub. Onların koronavirus testi müsbət nəticə verib. İdmançı özünün və ailə üzvlərinin xəstəliyi simptomsuz keçirdiklərini bildirib.


Məlumat üçün qeyd edək ki, 1999-cu ildən sənətə gələn D.Conson "Mumiya geri dönür", "Sürətli və qəzəbli", "San Andreas günahı", "Göydələn", "Oyan pozan", "Vəhşi meşə" və s. filmlərinə çəkilən aktyor və idmançı, özünü rejissor kimi də sınayıb./Sputnik Azərbaycan


Xəbər lenti