Xəzər Xəbər

Pop kraliçası Eurovision səhnəsində

Şou Biznes | 14:26 • 9 Aprel 2019
Pop kraliçası Eurovision səhnəsində

"Eurovision 2019" mahnı müsabiqəsinin böyük finalına tam 40 gün qalmış müsabiqənin qonağının kimliyi açıqlanıb.

Dünyaca məşhur müğənni, popun kraliçası Madonna "Eurovision" səhnəsində çıxış edəcək. Avropa Yayımları Birliyi (EBU) tərəfindən müğənninin rəsmən Finalın ara şousunda çıxış edəcəyi dəqiqləşib.

Madonna bu təklifə 1.000.000 ABŞ dolları ilə razılaşıb.

Qeyd edək ki, müğənnin sponsorluğunu məşhur israilli biznesmen Sylvan Adams edib və bütün xərcləri öz üzərinə götürüb./publika.az

Xəbər lenti