Xəzər Xəbər

Röya səhnə kostyumlarına SƏRVƏT XƏRCLƏDİ - FOTO

Şou Biznes | 13:11 • 10 Aprel 2019
Röya səhnə kostyumlarına

Əməkdar artist Röya Ayxan ən son trendləri öz üzərində sınaqdan keçirməyi sevir.

XəzərXəbər xəbər verir ki, Azərbaycan səhnəsinin moda ikonası qazancının böyük hissəsini lüks brendlərin məhsullarına xərcləyir. Səhnə kostyumlarını instaqramda izləyiciləri ilə paylaşan ulduz son günlərdə parlaq və cəlbedici obrazları ilə xüsusi diqqət çəkir.

Məlum olub ki, artsitin qızılı zolaqlı qara kostyumu "Alexandrevauthier” moda evinə aiddir, topun qiyməti 1215 dollar (təxminən 2065 manat), şalvarın qiyməti isə 1372 dollardır (təxminən 2332 manat). O, bu dəstini dünya şöhrətli brend - "Giuseppe Zanotti” imzalı ayaqqabısı ilə tamamlayıb. Bosonojkalar 2124 dollar (təxminən 3610 manat) dəyərindədir.

Müğənninin bu dəstində geyindiyi yubkanın "Rochasofficial” qiyməti 3159 dollardır ( təxminən 5370 manat). "Alessandra Rich”imzalı sırğaların dəyəri 399 dollar (təxminən 678 manat) təşkil edir.

Röya Ayxanın 3149 dollarlıq (təxminən 5353 manat) yaşıl ətəyi "Carolina Herrera” moda evinə aiddir.

Xəbər lenti