Xəzər Xəbər

Aktrisa prezidentə 300 min dollar ödəyəcək: UDUZDU

Şou Biznes | 14:47 • 12 Dekabr 2018
Aktrisa prezidentə 300 min dollar ödəyəcək:

ABŞ Federal Məhkəməsi prezident Donald Trampa qarşı iddia qaldıran pornoaktrisa Stormi Denielslə bağlı qərar verib. Qərara əsasən, aktrisa prezident Donald Trampa 292 min dollar ödəməlidir. Bu barədə CNBC kanalı məlumat yayıb.

"Bu, Storminin tam iflası və prezidentin tam qələbəsidir",- deyə telekanala açıqlamasında Trampın vəkili Çarlz Harder bildirib.

Bununla belə məhkəmənin təyin etdiyi məbləğ Trampın tələb etdiyi 800 min dollardan kifayət qədər azdır.

Eyni zamanda aktrisanın vəkili Deniels Maykl bəyan edib ki, Stromi Trampa bir sent də ödəməyəcək:"Onlar ona qonorar və vəkil haqqına görə 1 milyon dollardan artıq borcludurlar. Xüsusilə nəzərə alaq ki, Trampın sabiq vəkili Koen artıq cinayətdə ittiham edilir".

Xatırladaq ki, Trampın sabiq vəkili Maykl Koen Trampın adından iki qadına prezidentlə olan intim münasibətlə bağlı susmaq üçün 280 min dollar verməkdə ittiham olunur. Onlardan biri də pornoaktrisa Stormi Denielsdir. Stormi məhkəmə iddiasında bildirmişdi ki, Tramp onunla arasında bağlanmış müqaviləyə imza atmayıb. Söhbət Trampla aktrisa arasında olmuş münasibətlərin heç kimə açıqlanmaması haqda razılaşmadan gedir. Razılaşmaya əsasən, 2006-cı ilin yayından başlayaraq 2007-ci ilədək Tramp və pornofilmlərdə Stormi Deniels adıyla tanınan Klifford aralarındakı şəxsi münasibətləri mətbuata açıqlamamalı idilər. Bunun üçün aktrisa vəkildən 130 min dollar almalı idi. Ancaq Tramp sənədi imzalamayıb və Stromi bununla bağlı məhkəməyə müraciət edib.

Cebhe.info

Xəbər lenti