Xəzər Xəbər

Türkiyəli müğənni Azərbaycanda biznes qurur

Şou Biznes | 15:05 • 22 Fevral 2018
Türkiyəli müğənni Azərbaycanda biznes qurur

Türkiyənin tanınmış müğənnisi Petek Dinçöz Azərbaycanda biznes qurmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə "Milliyet” qəzeti yazıb. Xəbərdə bildirilir ki, oğlu İrfan Aslanın dünyaya gəlməsindən sonra musiqi dünyasından uzaqlaşan ifaçı yaxın zamanlarda Bakıya gələcək. O, müvəqqəti olaraq paytaxtda kirayədə qalacaq və şirkət quracaq.

İfaçı söz və musiqisi əslən Azərbaycandan olan Kəmalə Qasımovaya aid "Kabusun olurum” mahnısını martın 2-də təqdim edəcək.

Xəbər lenti