Xəzər Xəbər

Tanınmış aktyor qəzaya düşdü

Şou Biznes | 10:59 • 14 Dekabr 2017
Tanınmış aktyor qəzaya düşdü
Türkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub.

XəzərXəbər "Qafqazinfo”-ya istinadən xəbər verir ki, zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra açıqlama verən aktyor yoldan şikayətlənib:

"Mən neçə dəfə bu yolla bağlı lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq”.

Xəbər lenti