Xəzər Xəbər

Bu il ən çox qazanan aktyorları - ADLAR AÇIQLANDI - SİYAHI

Şou Biznes | 14:02 • 22 Avqust 2017
Bu il ən çox qazanan aktyorları -

Amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub. APA-nın "Lent.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə "Forbes” jurnalı xəbər yayıb.

Dünyanın ən çox qazanan aktyorlarının tam siyahısı jurnalın avqustun 22-də nəşr olunan sayında dərc olunub.

Aktyor Mark Uolberq bu il ərzində 68 milyon dollar gəlir əldə edib. O, bu məbləğin böyük hissəsini rol aldığı filmlərdən qazanıb.

Ən çox qonorar alan aktyorların siyahısında ikinci və üçüncü yerləri isə Dueyn Conson və Vin Dizel bölüşüb.

Siyahıda digər məşhur aktyorlar Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xanın (35,5 milyon) da adı var.

Xəbər lenti