Xəzər Xəbər

Dünya şöhrətli müğənni yeni sevgilisini üzə çıxardı - FOTOLAR

Şou Biznes | 10:35 • 26 Aprel 2017
Dünya şöhrətli müğənni yeni sevgilisini üzə çıxardı -

Dünya şöhrətli müğənni Ceniffer Lopez yeni sevgilisini üzə çıxarıb.İstiPress-in məlumatına görə, Lopez bir müddətdir birlikdə olduğu yeni sevgilisi Aleks Rodriqezlə əl-ələ görüntülənib.

Cütlük Nyu-Yorkdakı restoranlardan birində baş-başa yemək yeyiblər. Restorandan çıxan sevgililər paparatsizlərin obyektivlərinə tuş gəliblər. Cütlük qısa müddətli çaşqınlıq yaşayıb. Sonra isə bir-birinin əlini daha möhkəm tutaraq ərazidən uzaqlaşıblar.

Dünyanın ən seksual ombasına sahib olan və adıçəkilən nayihəsini sığortaladan 47 yaşlı sənətçi yeni sevgilisi ilə uzun müddətdir ki, görüşür. Lakin bu zamana kimi onlar birlikdə görüntülənməmək üçün ciddi səy göstəriblər.

Qeyd edək ki, 41 yaşlı keçmiş beysbolçuRodrigez daha əvvəl Demi Mur, Kameron Diaz, Keyt Hadson, Madonna kinmi məşhurlarla sevgili olub.

Xəbər lenti