Xəzər Xəbər

Astarada doğuşa hazırlaşan qadın ölüb

Mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı
Region | 15:08 • 27 İyun 2022
Astarada doğuşa hazırlaşan qadın ölüb

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

Rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı.

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır. (APA)

Xəbər lenti