Xəzər Xəbər

Kürdəmirdə polis reyd keçirib

Region | 17:25 • 7 Dekabr 2021
Kürdəmirdə polis reyd keçirib

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, yol polisləri tərəfindən keçirilən reyd zamanı rayon ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub. Bölmə əməkdaşları tərəfindən qaydaları pozaraq həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbər lenti