Xəzər Xəbər

Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələnib

Region | 15:03 • 7 Dekabr 2021
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı restoranda və fərdi evdə keçirilən toy mərasimində karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Shooting club” restoranında təşkil edilən mərasimin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də on nəfər qonağın COVID-19 pasportu olmadığı aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin icarədarı Ram Salamov inzibati məsuliyyətə cəlb edilib. Digər karantin rejiminin tələblərinin pozulduğu toy mərasimi isə Yemişənli kəndində qeydə alınıb. Ramin Rəfiyevə məxsus evin həyətyanı sahəsində keçirilən məclisdə iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığından toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Xəbər lenti