Xəzər Xəbər

Yevlax sakini İtkin düşüb

Region | 14:58 • 10 İyul 2021
Yevlax sakini İtkin düşüb

Yevlaxda itkin düşən şəxs axtarılır.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb. Onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur. Onun əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti