Xəzər Xəbər

İşğaldan azad olunmuş Tuğ kəndində narkotik bitkilər aşkarlanıb

Region | 15:09 • 10 İyul 2021
İşğaldan azad olunmuş Tuğ kəndində narkotik bitkilər aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Xəbər lenti