Xəzər Xəbər

Siyəzən rayonunun kəndlərində baş verən yanğınlar söndürülüb

Region | 09:00 • 18 İyun 2021
Siyəzən rayonunun kəndlərində baş verən yanğınlar söndürülüb

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, ilkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 hektar biçilməmiş, 5 hektar biçilmiş taxıl sahəsi yanıb. Dağlıq ərazidə 45 hektar, digər ərazilərdə isə ümumilikdə, təqribən 10 hektar sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.

Xəbər lenti