Xəzər Xəbər

Quba və Qusar sakinlərindən ov tüfəngləri götürülüb

Region | 15:04 • 25 Mart 2021
Quba və Qusar sakinlərindən ov tüfəngləri götürülüb

Quba və Qusarda sakinlərdən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərdə bildirilib ki, Qusar rayonunun Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi, Qubanın Xırt kənd sakini S.Xankişiyevin evinin həyətindən isə müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbər lenti