Xəzər Xəbər

Kürdəmirdə şəhidin xatirəsinə bulaq tikilib

Region | 14:52 • 25 Mart 2021
Kürdəmirdə şəhidin xatirəsinə bulaq tikilib

Kürdəmirdə şəhid Şiralı Səlimovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq rayonun Sor-Sor kəndində Ağsu-Kürdəmir-İmişli magistral yolunun kənarında tikilib. Xatirə bulağının tikilməsində kənd sakinləri də yaxından iştirak edib. 

İki bacının bir qardaşı olan Şiralı 2000-ci ildə Kürdəmirin Sor-Sor kəndində anadan olub. 2018-ci ildə Füzuli rayonunda həqiqi hərbi xidmətini başa vurub. Vətən müharibəsinin ilk günlərindən xidmət etdiyi Füzuli rayonunda döyüşə qatılıb. Füzulinin, Cəbrayılın, Hadrutun və bir sıra yüksəkliklərin azad olunmasında qəhrəmancasına vuruşub. Ağır və şərəfli döyüş yolu keçən igid əsgər Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti