Xəzər Xəbər

Xocavənddə “İQLA” zenit raket kompleksi tapılıb

Region | 11:50 • 25 Mart 2021
Xocavənddə “İQLA” zenit raket kompleksi tapılıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-averilən xəbərə görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İQLA” zenit raket kompleksi, 1 ədəd “MUXA” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti