Xəzər Xəbər

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb
Region | 10:42 • 21 Fevral 2021
Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Xəbər lenti