Xəzər Xəbər

İmişlidə iki azyaşlı uşağı maşın vurub

Hadisə rayonun Aranlı kəndində qeydə alınıb
Region | 10:25 • 21 Fevral 2021
İmişlidə iki azyaşlı uşağı maşın vurub

İmişlidə iki azyaşlı uşağı maşın vurub.

Xezerxeber.az xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayonunun Aranlı kəndində qeydə alınıb. Adıçəkilən kənd sakini İmanov Mahir İlham oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolda olan iki azyaşlı uşağı vurub.

Hadisə nəticəsində uşaqlardan biri – 3-cü sinif şagirdi Quliyev Nihad Əkbər oğlu ölüb. Digər uşaq isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti