Xəzər Xəbər

Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Region | 14:51 • 30 Yanvar 2020
Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi "VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi "Mercedes-Vito” markalı avtomobillər toqquşub. Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti