Xəzər Xəbər

Şəkidə qətl hadisəsi törədən şəxslər tutulublar

Region | 14:48 • 30 Yanvar 2020
Şəkidə qətl hadisəsi törədən şəxslər tutulublar

Yanvarın 29-da saat 20 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinə yaşayış olmayan evin həyətində şəhər sakini, əvvəllər məhkum edilmiş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat verilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.


Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti