Xəzər Xəbər

Yevlaxda gənc qadın doğuş zamanı ölüb

Region | 11:13 • 10 Noyabr 2019
Yevlaxda gənc qadın doğuş zamanı ölüb

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.


23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.


Ancaq ana doğuş zamanı həyatını itirib.Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.


Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)


Xəbər lenti