Xəzər Xəbər

Astarada motosiklet oğurlayan şəxs saxlanılıb

Region | 09:46 • 21 May 2019
Astarada motosiklet oğurlayan şəxs saxlanılıb

Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb.


DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən "Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı "Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti