Xəzər Xəbər

Lotereya oyununda səhv etdi, 17 milyon avro qazandı

Maraqlı | 13:27 • 3 Fevral 2023
Lotereya oyununda səhv etdi, 17 milyon avro qazandı

Fransa vətəndaşı elektron biletin oyun tarixinin seçimində yol verdiyi səhv nəticəsində lotereyada 17 milyon avro udub.

Xezerxeber.az xəbər verir ki, Fransanın qumar oyunları tənzimləyicisi “Francaise des jeux” bunun yanvar ayında baş verdiyini bildirib. Lotereyanı internet vasitəsi ilə oynayan iştirakçı öz bəxtini cümə günü, ayın 13-də sınamaq istəsə də, tarix seçimində səhvən yanvarın 14-nü qeyd edib.

Adının açıqlanmasını istəməyən 40 yaşlı fransalı bundan sonra işdən çıxaraq sahibkarlıqla məşğul olmağa, ev almağa və səyahət etməyə hazırlaşır.

2021-ci ilin oktyabr ayında Fransa Polineziyası sakini “EuroMillions” lotereyasında 220 milyon avro udaraq bu oyunun rekord cek-potunu qazanmışdı.

Xəbər lenti