Xəzər Xəbər

İlon Mask iti “Twitter”in baş direktoru “təyin etdi” FOTO

Maraqlı | 11:32 • 15 Fevral 2023
İlon Mask iti “Twitter”in baş direktoru “təyin etdi”

İlon Mask iti “Twitter”in baş direktoru “təyin edib”.

Amerikalı iş adamı və “Twitter”in sahibi İlon Mask öz səhifəsində itin fotosunu yerləşdirib və onun şirkətin yeni baş direktoru təyin edildiyini qeyd edib.

“Twitter”in yeni baş direktoru sadəcə möhtəşəmdir... O biri oğlandan qat-qat yaxşıdır! Onun  rəqəmlərdən çox yaxşı başı çıxır”, - deyə o, paylaşımın altında yazıb.

Xəbər lenti