Xəzər Xəbər

Soğanın ətdən baha satıldığı ölkə

Səbəb qıtlıqdır
Maraqlı | 10:09 • 29 Yanvar 2023
Soğanın ətdən baha satıldığı ölkə

Filippində soğanın qiyməti dünyada ən yüksək həddə çatıb.

Bu barədə ölkənin Kənd Təsərrüfatı Departamenti məlumat verib.

“Filippin soğanı bəlkə də dünyanın ən bahalı soğanıdır. Ölkəmizdə qırmızı soğanın qiyməti kilosu 650 pesoya (təxminən 12 dollara) çatıb ki, bu da toyuqdan təxminən üç dəfə, mal ətindən isə təxminən 25 faiz bahadır”, - məlumatda bildirilib.

Hazırda Filippində “duzdan şəkərə qədər” bir çox ərzaqların qıtlığı yaşanır. Soğan da çətinliklə tapılan qidalardandır.

Qeyd olunur ki, daxili tələbatı ödəmək üçün hər ay dövlətin 20 min tona yaxın soğana ehtiyacı var.

Mənbə: lenta.ru

Xəbər lenti