Xəzər Xəbər

İsti havalarda necə qidalanmalı? - Dərmanlara möhtac olmaq istəmirsinizsə...

Maraqlı | 15:28 • 15 İyun 2021
İsti havalarda necə qidalanmalı? - Dərmanlara möhtac olmaq istəmirsinizsə...
"Ölü qidaların  hegomonluğu  və uzlaşmayan  qidaların qatışdırılması mədə bağırsaq traktının fəaliyyətini pozur və  iki bəladan birini qaçılmaz edir - insan ya ishala, əksər hallarda isə qəbizliyə məruz qalır”.
 
Bunu tanınmış loğman Ərşad Əzimzadə deyib. O bildirib ki, bunların hər ikisi sağlam qan yaranmasına  mane olur, bizi qoruyan hüceyrələri ac qoyur, mikrobları gücləndirir və immun sistemini zəiflədir:
 
"Belə adam qeyri-sağlam həyat tərzini aradan qaldırmaq əvəzinə, nəticəni, yəni xəstəliyi dəf etməyə çalışır - kimyəvi preparatların köməyi ilə  ishalın və ya qəbizliyin qarşısını almaq istəyir.  Beləliklə də, qan daha çox zəhərlənir, immun sistemi daha da zəyifləyir, nəticədə, yeni, daha ağır xəstəliklər baş qaldırır. İnsan ömrü boyu dərmandan asılı vəziyyətdə qalır. Halbuki bütün xəstəliklərin  təməli olan ishalın da, qəbizliyin də qarşısını çox asan yolla almaq mümkündür”.
 
Ə.Əzimzadə qəbizliklə mübarizə yollarından da söz açıb:
 
"Həmişə süfrədə  canlı qida  ölü qidadan 2-3 qat çox olmalıdır.  Gün ərzində hər kəs, öz çəkisindən asılı olaraq, 2-3 litr çiy suyu yeməkdən qabaq, kiçik qurtumlarla və ilıq şəkildə  içməlidir. Bir dəfə süfrəyə oturanda yalnız  bir növ xörəyi (çörəksiz) ,  bir qab tərəvəz salatı ilə yemək olar. Qida düzülüşü qaydası mütləq belə olmalıdır: çiy su içmək, 15 dəqiqədən sonra 1 növ meyvə yemək, 30 dəqiqədən sonra 1 növ xörəyi 1 qab salatla  yemək.  Çörək böyük bəla mənbəyidir. Çörəyi tərgidə bilməyən adam onu boyat şəkildə, əsas qida kimi, salatla bərabər qəbul etsə, yaxşıdır. Üstünə kərə yağı çəkmək olar.
Daha sonra təmiz, çiy su olmasa, əvəzində ot, çiçək, yarpaq, yabanı meyvələr  dəmləmələri içmək mümkündür. Yay aylarında, ən zəngin enerji mənbəyi olan günəş işığı bol olduğu üçün, yüksək kolorili qidaların həcmini xeyli azaltmaq lazımdır. İsti havalarda süfrənin bəzəyi meyvə, tərəvəz, ağartı olmalıdır. Heyvandalıq məhsulları arasında üstünlüyü ayrana, təzə şora, təzə qatığa və duzsuz  pendirə vermək məsləhətdir”./Sfera.az

Xəbər lenti