Xəzər Xəbər

Hoteldə sosial məsafəyə robot nəzarət edir

Maraqlı | 11:51 • 20 İyul 2020
Hoteldə sosial məsafəyə robot nəzarət edir
ABŞ-ın Kaliforniya ştatında yerləşən hotellərdən birində robot insanlar arasında sosial məsafəyə nəzarət edir.

"Lonely Planet” xəbər verir ki, 30 santimetr hündürlüyü olan "Roza” adlı robot 2018-ci ildən hoteldə otaqlara sifarişlərin çatdırılması xidməti ilə məşğul olub.

Bütün yaş qruplarından olan insanları əyləndirən robotun pandemiya başlayandan yeni vəzifələri yaranıb. 


İndi o, hotel personalı ilə turistlər arasında sosial məsafəni tənzimləyir və ünsiyyəti minimuma endirmək üçün yemək sifarişlərini otaqlara özü aparır.


Hər dəfə tapşırıq bitəndən sonra "Roza” dezinfeksiya edilir.

Hotel rəhbərliyi bildirib ki, insanlar "Roza” ilə selfi çəkmək və onu görmək üçün gecə saat 2-də də itləri üçün yem və ya dəsmal istəyirlər.

Xəbər lenti