Xəzər Xəbər

Makqreqor Hollivud ulduzlarını döyüşə çağırdı

Maraqlı | 12:49 • 10 İyun 2019
Makqreqor Hollivud ulduzlarını döyüşə çağırdı

Keçmiş UFC çempionu Konor Makqreqor müğənni Castin Biberin "tweet”inə reaksiya verərək, tanınmış Hollivud aktyoru Tom Kruzu döyüşə dəvət edib.

"Tom Kruz özünü kişi sayırsa, (Castin Biberin) bu çağırışını qəbul edib, "McGregor Sports and Entertainment”ə gəlib döyüşsün”, - deyə irlandiyalı əlbəyaxa döyüş növləri ustası öz "Twitter” hesabında yazıb.

Makqreqor həm də aktyor Mark Uolberqə meydan oxuyub.

Qeyd edək ki, Makqreqor UFC karyerasını başa vurub. Bununla belə, ara-sıra döyüş meydanına qayıtmağa hazır olduğunu bildirir.

Xəbər lenti