Sınıqların müalicəsi 12 həftəyədək davam edə bilər. Əgər aşağı ətraflar xəsarət alıbsa, insan uzun müddət uzanıqlı vəziyyətdə qalmağa, yaxud qoltuqağacından istifadə etməyə məcbur olur. "The Daily Mail” yazır ki, İsveç alimləri sınığı cəmi 5 dəqiqəyə birləşdirən unikal yapışqan hazırlayıblar.
XəzərXəbər xəbər verir ki, uzun illərdir stomatoloqlar sınmış dişlərin yapışdırılmasını təcrübədən keçirirlər. Lakin mövcud olan yapışqanlar sümükləri birləşdirmək üçün yararlı olmayıb. Onlar gah çox gec donub, gah da immun sistemi tərəfindən qəbul edilməyib. Yeni yapışqan növü əvvəl istifadə olunandan 55 faiz effektlidir.
Yapışqan sümüyə bir neçə qat sürtülür və hətta nəm səthi də tez
bir zamanda birləşdirə bilir. Siçovullar üzərində aparılmış bir
neçə eksperiment yapışqanın effektiv və təhlükəsiz olduğunu təsdiq
edib. Tədqiqatın müəllifləri ən yaxın zamanda insanların iştirakı
ilə sınaqlara başlayacaqlarına ümid edirlər.