Xəzər Xəbər

Almaniyada itən it İsveçrədə tapıldı

Maraqlı | 13:01 • 15 Fevral 2018
Almaniyada itən it İsveçrədə tapıldı

Almaniyada itən it 6 ay sonra evindən 400 kilometr uzaqda İsveçrənin Zurix şəhərinin yaxınlığında tapılıb.

Almaniyanın Frankfurt şəhərində yaşayan ailənin Rapunzel adlı iti avqustun 15-də təkrar müayinə üçün aparıldığı klinikanın qapısının açıq olması səbəbilə çölə çıxıb və yoxa çıxıb.

Alman çoban iti cinsindən olan heyvanı tapmaq üçün sosial şəbəkələrdə axtarış elan edən ailə ümidlərini heç vaxt itirmədiklərini bildirib. Təxminən 6 ay sonra İsveçrədən dönən bir qrup yolda Rapunzeli tapıb. Yolda hərəkətsiz yatan iti Zürixdəki xəstəxanaya aparıblar. Xəstəxana işçiləri sosial şəbəkə vasitəsiə itin sahiblərinə onu tapdıqları xəbərini veriblər. İtin xəstəliyi ciddi olsa da sahibləri onun tapılmasına görə xoşbəxt olduqlarını bildiriblər.

Xəbər lenti