Xəzər Xəbər

Mikroçipli dərmana icazə verildi - İLK DƏFƏ!

Maraqlı | 16:49 • 14 Noyabr 2017
Mikroçipli dərmana icazə verildi -

ABŞ-ın qida və dərmanlara nəzarət üzrə dövlət idarəsi tarixdə ilk dəfə olaraq içərisində mikroçip olan dərmanların satışına icazə verib.

 

İKT.lent.az-ın "The Financial Times”a istinadən verdiyi xəbərə görə, çip Yaponiyanın "Otsuka” şirkətinin buraxdığı və şizofreniyanın, müxtəlif psixozların müalicəsində istifadə olunan "Abilify” preparatının içində quraşdırılacaq. ABŞ-da bu dərmanı 7 milyon insan qəbul edir.

 

Həbi qəbul etdikdən sonra çip pasiyentin, eləcə də müalicə həkiminin mobil cihazına informasiyalar göndərəcək. Bunun sayəsində xəstələrin həkimin yazdığı dərman qəbulu rejiminə əməl etməməsi hallarının qarşısını almaq mümkün olacaq. Bu, xüsusən xroniki xəstəliklərin müalicəsində müasir tibbin aktual problemlərindən biridir.  

 

Mikroçipli dərman yalnız xəstənin razılığı ilə təyin olunacaq.

 

"Otsuka”nın Şimali Amerikadakı bölməsinin rəhbəri bildirib ki, innovasion həblər hələlik tələbatı müəyyənləşdirmək üçün məhdud sayda buraxılacaq. O, dərmanın qiymətini açıqlamayıb.

Xəbər lenti