Xəzər Xəbər

500.000 boş pivə butulkasından bina tikilib - FOTO

Maraqlı | 17:39 • 6 Oktyabr 2017
500.000 boş pivə butulkasından bina tikilib -

Amerikalı memarlar Las-Veqasda 500.000 içi boş pivə butulkasından ekoloji bina tikiblər.


AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, qeyri-adi binanın ərsəyə gəlməsində təkrar emal olunmuş materiallardan və boş pivə butulkalarından istifadə edilib.


Tikintidə istifadə olunan butulkalar şəhərdə yerləşən otellərdən toplanıb. Kənardan binaya baxdıqda, onun pivə butulkalarından və təkrar emal olunmuş materiallardan tikildiyini təsəvvür etmək çətindir. Ona görə ki, binanın zahiri bəzəyi təbii daşı xatırladır.

Xəbər lenti