Xəzər Xəbər

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir Bunları bilmirsiniz...

Maraqlı | 13:03 • 23 Avqust 2017
O xərçəngin dərmanıdır, Azərbaycanda bitir

Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən biri badımcandır.

Badımcan orqanizm üçün çox faydalıdır. A vitamini və fosforla zəngindir. Badımcanın ən faydalı xüsusiyyəti əsəbləri sakitləşdirilməsidir. Təbii sidikqovucu olduğu üçün arıqlamağa yardım edir. Damarları yüksək xolestrolun yaratdığı pis təsirlərdən qoruyur. Əzələlərin inkişafına yardım edir və əzələ sıxılmalarına yaxşıdır. Həzmsizliyin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

A, B1, B2, C vitaminləri ilə zəngindir. Həmçinin, tərkibində kalsium, kalium və dəmir kimi minerallar var.

Badımcan ürək xəstəliklərinin yaranmasının qarşısını alır, xərçəngə yoluxma riskini azaldır, beynin fəaliyyətini yaxşılaşdırır. Güclü antioksidantdır. Şəkər xəstələri rahatlıqla istifadə edə bilər.

Qeyd edək ki, badımcanın tərkibində böyrək və öd kisəsi problemləri olanlar üçün zərərli turşular var. Bu səbəblə, böyrək və öd kisəsi daşı olan xəstələrin pencər, badımcan və ispanaq yemələri məsləhət deyil./metbuat.az

Xəbər lenti