Xəzər Xəbər

Bu ilin populyar 20 adı

Maraqlı | 16:37 • 14 Avqust 2017
Bu ilin populyar 20 adı

2017-ci ilin geridə qalan dövründə Azərbaycanda doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhradır. Yanvarın 1-dən bəri 1511 uşağa Zəhra adı qoyulub.

XəzərXəbər novator.az-a istindən bildirir ki, ilin ikinci populyar qız adı Nuraydır. 1230 uşaq bu adı alıb.

916 qıza Zeynəb, 886 qıza Məryəm, 863 qıza Fatimə adı verilib.

İlk onluğu Aylin (823 uşaq), Dəniz (803), Mələk (801), Damla (626), Ayan (599) adları tamamlayır.

2017-ci ildə ən çox qoyulan 10 oğlan adı isə bunlardır:

Yusif – 1638 uşaq

Əli – 1198

Hüseyn – 1090

Ömər – 922

Uğur – 845

Məhəmməd – 814

Murad – 727

Ayxan – 599

Tunar – 484

İbrahim – 482.

Xəbər lenti