Xəzər Xəbər

Xoşbəxtlik gətirən “cənnət-cəhənnəm” meyvəsi: Ölkədən çıxarılması da qadağandır- FOTOLAR

Maraqlı | 14:16 • 12 Avqust 2017
Xoşbəxtlik gətirən “cənnət-cəhənnəm” meyvəsi:

Bu meyvə ilə hotellərə girmək qadağandır. "Durian” Malayziya, Tayland və Vietnamda 40 metrdən hüdür ağaclarda yetişən meyvə növüdür. Bəziləri bu meyvəni "cənnət-cəhhənnəm” meyvəsi adlandırır. Cəhənnəm adlandırmalarının səbəbi isə bu meyvənin qabığından kəskin pis qoxunun gəlməsidir. Cənnət adladırmaqlarının səbəbi isə qabığını açdıqda ortaya çıxan ləzzətdir.

Bu meyvənin qabığından pis qoxu gəldiyi üçün bir sıra ölkələrdə ictimai yerlərə aparmaq qadağan olunub.

Belə ki, İndoneziyada bu meyvə ilə heç bir hotelə girə bilməzsiniz. Sinqapurda isə bu meyvə ilə avtobusa, metroya və digər ictimai nəqliyyata minmək qadağandır. Pis qoxu səbəbilə müəyyən qadağalar tətbiq olunsa da, insanlar bu ləzzətdən imtina edə bilmirlər. Hətta bu meyvənin ölkə xaricinə çıxarılması belə qadağandır. "Durian” xalq arasında "təbiətin yuxu dərmanı” adlandırır. Səbəb isə bu meyvənin insan bədində xoşbəxtlik və yuxu hormanlarını artırmasıdır.

Cebhe.info

Xəbər lenti

Çox oxunanlar