Xəzər Xəbər

"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri nə vaxt yekunlaşacaq?

Əsaslı təmir işləri yekunlaşmaq üzrədir
İqtisadiyyat | 16:16 • 13 Sentyabr 2021
"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri nə vaxt yekunlaşacaq?

Metronun "Cəfər Cabbarlı" stansiyasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hazırda stansiyanın yenidən qurulması, kommunikasiya xətlərinin çəkilməsi, drenaj sisteminin qurulması işləri yerüstü sahədə stansiya konstruksiyasının mühafizəsinin gücləndirilməsi sahəsində 3 istiqamətdə tədbirlər görülür: "Birinci mərhələdə yeni kommunikasiya sistemlərinin çəkilməsi və drenaj sisteminin qurulması ilə bağlı işlərin 70 faizi yekunlaşıb. İzolyasiya işlərinin 50 faizi tamamlanıb. Həmçinin stansiya üzərində döşəmə daşlarının düzülməsi ilə bağlı işlərin 30 faizdən artığı yekunlaşıb.

Təmir işləri yaxın 1 ay ərzində tamamlanacaq".

Xəbər lenti