Xəzər Xəbər

Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir

İqtisadiyyat | 10:48 • 25 May 2021
Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir

Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

XəzərXəbər-in məlumatına görə, bu, “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.

Xəbər lenti